Misli Premyer Liqası çərçivəsində bu gün keçirilmiş "İmişli" - "Araz-Naxçıvan" oyunsonrası mətbuat konfransında baş məşqçi Andrey Demçenkonun səsləndirdiyi fikirlər: "Hava şəraiti və meydanın vəziyyəti yaxşı oynamağa imkan vermədi. Rəqib standart vəziyyətdən 2 qol vurdu. Çalışırdıq ki, oyuna nəzarəti özümüzdə saxlayaq, Qollar vuraq. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Hazırda əlimizdə olan futbolçuların gücündən maksimum istifadə etməyə çalışırıq.

Heyəti quran zaman legioner və ya yerli seçimi yox, kim hazırdırsa, daha yaxşı vəziyyətdədirsə, ona oynamaq şansı yaradırıq".